"Mersedes" Hemiltonla müqvilə müddətini yeniləməyə hazırlaşır

4 Yanvar, 12:00 Sosial mediada paylaşın:
Son vaxtlar Formula 1-də əsas müzakirə mövzularından biri də 7 qat dünya çempionu Lüis Hemiltonun “Mersedes”lə müqavilə müddətini yeniləmək məsələsidir. Tərəflər arasında danışıqlar prosesi davam etdiyindən bu problem hələ də qaydasına qoyulmayıb. Amma deyəsən, düyün açılmaq üzrədir.Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemilton “Mersedes”lə müqavilə müddətini yeniləyəcək. Avropa mətbuatının məlumatına görə, yaxın 5 həftə ərzində bu barədə rəsmi açıqlama veriləcək. Bəzi mənbələr Lüis Hemiltonun “Mersedes”lə yeni 2 illik müqavilə imzalayacağını yazır. Bu müddət əzində çempionluq müqabilində bonuslar da nəzərə alınmaqla britaniyalı pilot 70 milyon avro qazanacaq. Xatırladaq ki, bir müddət öncə xarici mətbuat Hemiltonun “Mersedes” rəhbərliyindən 4 illik müqavilə tələb etdiyini yazırdı. Lüis bunun müqabilində hər il 50 milyon avro qazanmaq istəyirdi. Amma “Mersedes” komandasının tabe olduğu “Daymler” kompaniyası bu müqavilənin imzalanmasının əleyhinə çıxıb. Məsələ ondadır, şirkət qarşıdakı 4 il ərzində Lüisin formasını qoruyacağına əmin deyil. Hər halda 35 yaşlı pilotla böyük məvacib qarşılığında 4 illik müqavilə imzalamaq risklidir...

CANLI YAYIM