“World Masters” turnirinin ilk yarış günündə 4 cüdoçumuz mübarizə aparacaq

11 Yanvar, 12:18 Sosial mediada paylaşın:
Dohada start götürən “World Masters” turnirinin ilk yarış günündə 4 cüdoçumuz mübarizə aparacaq.
Ölkəmizi kişilər arasında 66 kiloqram çəki dərəcəsində təmsil edən Orxan Səfərov mübarizəyə moldovalı Denis Vieru, Nicat Şıxəlizadə İsrail idmançısı Barux Şmailovla qarşılaşma ilə başlayacaqlar.
Qadınların mübarizəsində isə Aişə Qurbanlı (48 kq) Türkiyə cüdoçusu Gülkader Şentürk, Leyla Əliyeva Mərakeş təmsilçisi Aziza Çakirlə ilk döyüşlərini keçirəcəklər.
Qeyd edək ki, turnirdə 7 cüdoçumuz iştirak edir. Yanvarın 13-dək davam edəcək yarışa 69 ölkədən 400-ə yaxın cüdoçu qatılıb.

CANLI YAYIM