"Detroyt" 8-ci məğlubiyyəti ilə üzləşib

11 Yanvar, 14:46 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar olub. Şərq Konfransının autsayderi “Detroyt Pistons” azarkeşlərini məyus etməkdədir. Komanda 10-cu görüşündə 8-ci məğlubiyyəti ilə üzləşib.
“Detroyt Pistons” doğma arenada “Yuta Cazz”la qarşılaşıb. Qonaqlar elə ilk perioddan təşəbbüsü ələ alıblar və 15 xallıq üstünlük qazanıblar. Fasiləyə kimi xal fərqi daha da artıb. 3-cü periodda “Detroyt” basketbolçuları fəallaşsalar da bu hec nəyi dəyişməyib. Sonuncu hissədə daha yaxşı çıxış edən “Yuta Cazz” 96:86 hesablı qələbə qazanıb. Komanda hazırda Qərb Konfransında 4-cü yerdədir. “Yuta Cazz” tunuir cədvəlində Los Anceles klubları və “Finiks Sans”dan geri qalır. Mövsümdə 8-ci dəfə uduzan  “Detroyt Pistons” isə Şərq Konfransının autsayderidir. Qeyd edək ki, görüşün ən məhsuldar basketbolçusu “Detroyt” klubundan Cerami Qrant, qonaqlardan isə Donavan Mitçell olub. Hər iki basketbolçu 28 xalla diqqət çəkib. Qalib komandanın heyətində Mayk Konli isə 22 xal və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM