Xizəkçilərin dünya kubokunda “Tur de Ski” mərhələsinə yekun vurulub. Qadınların yarışında tarixi nəticə qeydə alınıb. Norveç idmançılarının yoxluğunda ilk dəfə qeyri-avropalı atlet turniri kimi qalib başa vurub.
Qadınların turnirində tarixi nəticə qeydə alınıb. 15-ci dəfə təşkil olunan turnirdə ilk dəfə qeyri-avropalı xizəkçi titula yiyələnib. Amerikalı Cessi Diggins bu uğura nail olub. O, sonuncu mərhələdə 10 km-lik məsafədə keçirilən yarışı 2-ci sırada tamamlasa da, bu, ali mükafata yiyələnmək üçün kifayət edib. İsveçli Ebba Anderson əksinə, sonuncu mərhələdə qələbə qazansa da, ümumi siyahıda yalnız 3-cü yeri tutub. Rusiyalı Yuliya Stupak isə “Tur de Ski” turnirini 2-ci sırada tamamlayıb. Digginsin tarixi uğur qazanmasında pandemiyaya görə İtaliyaya səfər etməyən norveçli xizəkçilərin yoxluğu da böyük rol oynayıb. Çünki qadınların analoji yarışlarında Norveç idmançılarının fəxri mükafata yiyələnməsi adət halını almışdı.