MXL-də yeni mövsüm start götürür

13 Yanvar, 16:39 Sosial mediada paylaşın:
Xokkey həvəskarlarının maraqla gözlədiyi gün gəlib çatdı. Milli Xokkey Liqasında yeni mövsümə start verilir. Təşkilatçılar bu dəfəki çempionatda bir sıra dəyişiklik ediblər.
Bu gecə Milli Xokkey Liqasında sayca 104-cü mövsümə start verilir. Ötən mövsüm koronavirus pandemiyasına görə yarımçıq qalan müntəzəm çempionat bu dəfə adi qaydada keçiriləcək. Daha doğrusu pley-off mərhələsində olduğu kimi komandalar konkret bir məkanda mübarizəyə qoşulmayacaq. Yəni hər bir klub öz arenasında, amma boş tribunalar önündə meydana çıxacaq. Bununla yanaşı, reqlamentdə bəzi dəyişikliklər edilib. Kanada ilə Amerika arasında gediş-gəlişin problemə çevrilməsi liqada oyunların sayının azaldılmasına səbəb olub. Adətən normal şəraitdə pley-offa qədər 1271 oyun keçirilirdisə, bu dəfə müntəzəm çempionat 868 görüş olacaq. Komandalar pley-offa vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq üçün Şimal, Şərq, Mərkəzi və Qərb divizionlarına bölünəcək. Hər diviziondan isə 4 komanda Stenli Kubokuna vəsiqə qazanacaq. Ən diqqət çəkən məqam isə Şimal divizionunun tərkibidir. Məsələ ondadır ki, liqada Kanadanı təmsil edən “Vankuver Kenyuks”, “Vinnipeq Cets”, “Kalqari Fleymz”, “Monreal Kanadiens”, “Ottava Senators”, “Toronto Meypl Lifz” və “Edmonton Oylers” eyni divizionda mübarizə aparacaq. Müntəzəm çempionat mayın 8-də yekunlaşacaq.

CANLI YAYIM