ABŞ və Çexiya milliləri DÇ-də iştirakdan imtina etdi

14 Yanvar, 13:30 Sosial mediada paylaşın:
Dünən Misirdə kişi həndbolçular arasında dünya çempionatı start götürüb.
Mundialın startından bir gün öncə ABŞ millisi turnirə qatılmayacağını bildirib. Buna komandanın heyətində bir neçə oyunçunun koronavirusa yoluxması səbəb olub. ABŞ millisini isə çempionatda İsveçrə yığması əvəzləyəcək.  Qeyd edək ki, bir neçə gün öncə eyni səbəbdən Çexiya millisi də Misirə gəlməyəcəyini bildirmişdi. Çexləri bu turnridə Şimali Makedoniya seçməsi əvəz edəcək.

CANLI YAYIM