Hardenin "Bruklin"ə keçidi İrvinqin komandadan getməsinə səbəb ola bilər

15 Yanvar, 17:30 Sosial mediada paylaşın:
Basketbol həvəskarlarının səbirsizliklə gözlədiyi keçid baş tutdu. MBA-nın aparıcı oyunçularında olan Ceyms Harden “Hyuston Rokets”i tərk edib. Onun yeni komandaya keçidi okeanın o tayında geniş əks-sədaya səbəb olub.
Son vaxtlar “Hyuston Rokets”də qalmaq istəmədiyini bildirən Ceyms Harden nəhayət ki, istəyinə çatıb. 31 yaşlı amerikalı basketbolçu karyerasını “Bruklin Nets”də davam etdirəcək. Onun tələbi əsasında “Hyuston Rokets” və “Bruklin Nets”lə yanaşı “Klivlend Kavalyers”, “İndiana Peysers” və “Miluoki Baks”da bir-birilə dairəvi şəkildə oyunçu dəyişikliyi həyata keçirib.
Hardenin “Bruklin”ə keçidi Kayri İrvinqin “Bruklin Nets”dəki gələcək taleyini sual altına alıb. Son günlər qeyri-müəyyən səbəblərdən oyunlara çıxmaqdan imtina edən 28 yaşlı basketbolçu bundan sonra ümumuyyətlə mövsümün heç bir matçında iştirak etməyə bilər. Klub rəhbərliyi koronavirusla bağlı protokol qaydalarını pozan və intizamsızlıq edən basketbolçu ilə əməkdaşlığı davam etdirməkdə maraqlı deyil. Bəzi mənbələr isə İrvinqin komandanın lideri Kevin Dürantla münasibətlərinin pis oldunu da yazır. Amma mövsümün sonuna kimi “Nets”in İrvinqlə vidalaşmaq fikri yoxdur. Kayri komandada qalacağı təqdirdə klub onunla yanaşı Kevin Dürant və Ceyms Hardenə ilə 118 milyon dollar məvacib ödəyəcək. Maraqlıdır ki, təkcə bu üçlüyün məvacibi “Nyu-York Niks”, “Oklahoma Siti Tander”, “Şarlott Hornets”, “Sakramento Kinqz” və “Atlanta Xouks”un ümumi maaş büdcəsindən artıqdır.i

CANLI YAYIM