Makqreqor bu dəfə Pakyao ilə qarşılaşacaq

17 Yanvar, 11:54 Sosial mediada paylaşın:
Son vaxtlar peşəkar boksçularla digər idman növlərinin nümayəndələri arasında rinqdə üz-üzə gəlmək adi bir hala çevrilib. Bu mənada qaydasız döyüş ustası Konor Makqreqorun fəallığını xüsusi qabartmaq yerinə düşər. Deyəsən, bu il irlandiyalı idmançını növbəti dəfə rinqdə görəcəyik.
Konor Makqreqor növbəti dəfə rinqə çıxamağa hazır olduğunu elan edib. UFC versiyası üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Menni Pakyao ilə qarşılaşmaq istədiyini söyləyib. İrlandiyalı qaydasız döyüş artıq boks üzrə filippinli sabiq dünya çempionu Menni Pakyao ilə danışıq apardığını təsdiqləyib: SİTAT “Pakyao ilə görüşlə bağlı danışıqlarımız sürətlənib. Mən ona qarşı döyüşməyin həyəcanını yaşayıram. Böyük ehtimalla, bu il boks həvəskarları bu qarşıdurmanın şahidi olacaq. Mən məsələ ilə bağlı UFC rəhbəri Deyna Uaytla söhbət edəcəyəm. Görək, hansı nəticə əldə edəcəyik. Əslində, bütün təkliflərə açığam. Amma əsas məqsədim boks üzrə dünya çempionu olmaqdır. Pakyao ilə qarşılaşmağın mənim üçün xüsusi əhəmiyyəti olacaq”. SİTATIN SONUXatırladaq ki, 2017-ci ilin avqustunda Makqreqor boks üzrə sabiq dünya çempionu Meyvezerlə qarşılaşmış və rinqi məğlub tərk etmişdi.

CANLI YAYIM