Millimizin məşqçisi Rusiya klubu ilə müqavilə imzalayıb

18 Yanvar, 15:44 Sosial mediada paylaşın:
Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko karyerasını Rusiyada davam etdirəcək.
48 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisi ÇSKA-nın məşqçilər heyətinə daxil olub. O, əsas komandada qapıçılar üzrə məşqçi kimi çalışacaq. Təcrübəli mütəxəssis artıq komanda ilə İspaniyaya təlim-məşq toplanışına yollanıb. Azərbaycan millisinin keçmiş qapıçısı yığmadan əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.

CANLI YAYIM