İstanbul derbisində "Beşiktaş" qalib gəldi

18 Yanvar, 17:30 Sosial mediada paylaşın:
Türkiyə çempionatının 19-cu turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
Sərgən Yalçınla Fatih Tertimin dueli maraqla gözlənilirdi. Gərgin mübarizə şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra qonaqlar zərbə alıblar. Belə ki, “Qalatasaray” azlıqda qalıb. 29 yaşlı hücumçu Embaye Caqne qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra meydan sahibləri üstünlüyü tam ələ alıblar. Təşəbbüsə yiyələnən “Beşiktaş” say üstünlüyündən istifadə edib. 70-cu dəqiqədə hesab açılıb. Josef de Souza fərqlənib. 10 nəfərlə hücuma atılan “Qalatasaray” buna peşman olub. Qonaqlar qapılarında daha bir top görüblər. Jorj Kevin Enkudu mübarizəyə nöqtə qoyub. 2 cavabsız qolla qalib gələn “Beşiktaş” 38 xalla liderliyini davam etdirir. “Qalatasaray” 33 xalla 4-cüdür. “Fənərbağça” ilə “Qaziantep” isə 2-ci, 3-cü pillələrdə qərarlaşıb.

CANLI YAYIM