"Keşlə"nin istədiyi futbolçu Azərbaycana gəlməyəcək

19 Yanvar, 11:50 Sosial mediada paylaşın:
Paraqvaylı futbolçu Derlis Meza Kolli Azərbaycana qayıtmaq variantından danışıb.
Futbolçunun sözlərinə görə, ölkəmizə qayıtmağı çox istəsə də bu mümkün olmayacaq: “Azərbaycan mənim doğma vətənim kimidir. Bura qayıtmağı çox istərdim. Ancaq təəssüf ki, klubumla müqaviləm olduğum üçün bu mümkün olmayacaq”. Qeyd edək ki, vaxtilə ölkəmizdə “İnter” və “Qəbələ” və “Neftçi”də oynamış paraqvaylı yarımmüdafiəçini “Keşlə” klubu heyətinə cəlb etmək istəyirdi.

CANLI YAYIM