Belarus xokkey üzrə DÇ-nin təşkilatçılıq hüququndan məhrum edildi

19 Yanvar, 16:50 Sosial mediada paylaşın:
Beynəlxalq Xokkey Federasiyanın növbəti iclasında xokkey üzrə dünya çempionatı ilə bağlı qərar qəbul edilib.
Bu il mayın 21-də start götürəcək mundiala Belarus ev sahibliyi edə bilməyəcək. Daha doğrusu, Minsk Latviyanın paytaxtı Riqa ilə birgə yarışa evsahibliyi etmək hüququ əldə etsə də, yalnız Baltikyanı ölkə bu imkandan yararlana biləcək. Belarusu hansı ölkənin əvəzləyəcəyi ilə bağlı yaxın vaxtlarda qərar qəbul ediləcək.  Hazırda Slovakiyanın Bratislava və Danimarkanın Hörninq şəhərləri Beynəlxalq Xokkey Federasiyasına müraciət edərək bu hüquqa sahib olmaq istəyir. Bununla yanaşı, yarışın tam olaraq pandemiya qaydalarına riayət etmək şərti ilə yalnız Riqada keçirilmə ehtimalı var.
 

CANLI YAYIM