"Səbail" daha bir legionerlə müqavilə bağlayacaq

21 Yanvar, 11:34 Sosial mediada paylaşın:
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirir.
Makedoniya mətbuatıxəbər verir ki, klub Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviklə anlaşıb. Paytaxt təmsilçisinin 31 yaşlı oyunçu ilə müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, Milovan Petrovik son olaraq ölkəsində "Vardar"da çıxış edib. O, 9 dəfə Şimali Makedoniya yığmasının formasını geyinib. "Səbail" daha əvvəl gürcüstanlı hücumçu Luka İmnadzeni transfer edib.

CANLI YAYIM