"Atalanta"dan ardıcıl 2-ci heç-heçə

21 Yanvar, 14:22 Sosial mediada paylaşın:
İtaliya A seriyasında 10-cu turdan təxirə salınmış “Udineze” – “Atalanta” oyunu keçirilib.
Meydan sahibləri artıq 1-ci dəqiqədə hesabı açıblar. Roberto Pereyra təşkil olunan ilk hücumun yekununda qol vurub. Lakin “Udineze” futbolçuları üstünlüklərini qoruya bilməyiblər. Fasiləyə 1 dəqiqə qalmış Luis Muryel fərdi reydini dəqiq zərbəylə tamamlayıb. 2-ci yarıda nə meydan sahibləri, nə də qonaqlar fərqlənə biliblər. Beləliklə “Udineze” – “Napoli” qarşılaşması 1:1 hesabilə başa çatıb. Berqamo klubu 3-cü pilləyə yüksəlmək imkanını qaçıraraq 33 xalla 6-cı yerdə qalıb. “Udineze” 17 xalla 15-cidir. “Milan” 43 xalla zirvədə qərarlaşıb. 3 xal az toplayan “İnter” 2-ci, “Napoli” 34 xalla 3-cüdür.  

CANLI YAYIM