"Australian Open"dən əvvəl narazılıqlar artır

21 Yanvar, 17:29 Sosial mediada paylaşın:
Australian Open” başlamamış artıq təşkilatçılıqla bağlı narazılıqlar var. Tennisçilər karantin şəraitinin yüksək səviyyədə olmadığından şikayətlənir.
Avstraliya Açıq tennis turnirindən əvvəl karantinə alınan tennisçilər ciddi problemlə üzləşib. Bir neçə gün əvvəl ATP reytinqinin lideri Novak Cokoviç otellərdə müəyyən ləvazimatların çatışmazlığından və normal məşq prosesi keçmədiklərindən şikayətlənmişdi. Artıq digər tennisçilər də öz narazılıqlarını dilə gətirib. Məsələn, WTA reytinqində 28-ci yeri tutan Yuliya Putintseva otellərdə sanitariya qaydalarına riayət olunmadığını bildirib. O, məskunlaşdığı oteldə yaşamağın mümkünsüzlüyündən gileylənib. Putintseva özüylə yanaşı digər həmkarlarının çətin vəziyyətlərə düşdüyünü deyib. Məşhur yaponiyalı tennisçi Kei Nişikori də eyni problemlərdən danışıb.“İndiki vəziyyətdə zədələnmək ehtimalım yüksəkdir. Doğrudur, bədbin fikirləri yaxına buraxmaq istəmirəm, amma belə düşünməyə məcburam. Çünki oteldə qapalı şəraitdə yaşadığıma görə, nə hava ala bilirəm, nə də Günəş işığı görürəm” sitatın sonu. Bu ittihamlarla razılaşmayan Viktoriya ştatının rəsmiləri üçün otellərdə hər cür şəraitin olduğunu bildiriblər. Xatırladaq ki, Avstraliya Açıq tennis turniri fevralın 8-də start götürəcək. Yaşıl qitədə koronavirusun sürətlə yayılmasına görə, təşkilatçılar turnirdən əvvəl iştirakçıları iki həftə karantinə almaq qərarına gəlib.

CANLI YAYIM