"Beşiktaş" qələbə qazandı, "Fənərbağça" xal itirdi

22 Yanvar, 16:36 Sosial mediada paylaşın:
Türkiyə çempionatının 20-ci turunda “Beşiktaş” “Karagümrük”ün qonağı olub. İlk hissənin sonlarında hesab açılıb. Sərgən Yalçının komandasından Vinsent Abubakar fərqlənib. İkinci yarı daha məhsuldar alınıb. 50-ci dəqiqədə Bernard Mensah fərqi artırıb. Çox keçmədən daha 2 qol vurulub. Qonaqların heyətindən Kayl Larin rəqib qapısına yol tapıb. Daha sonra Mensa dubl edərək hesabı 4:0-a çatdırıb. Meydan sahiblərinin gücü isə yalnız Fabio Borininin təsəlli qoluna çatıb. 4:1 hesabı ilə qələbə qazanan “beşiktaş” 41 xalla liderliyini davam etdirir.
Liderin ən yaxın izləyicisi “Fənərbağça” isə xal itkisilə diqqət çəkib. “Sivasspor”la səfər görüşündə hesabı meydan sahiblərindıən Mustafa Yatabare açıb. Qonaqlar isə ilk hissəyə əlavə edilən 1-ci dəqiqədə istəklərinə çatıblar. Enner Valensiya penaltini dəqiq yerinə yetirib. Qalan vaxtda qol vurulmayıb. 1:1. “Fənərbağça” 39 xalla ikinci pillədə qərarlaşıb. 36 xalı olan “Qalatasaray” ilk üçlüyü tamamlayır.

CANLI YAYIM