Stroll Fetteldən qeyri-adi heç nə gözləmir

23 Yanvar, 11:50 Sosial mediada paylaşın:
“Aston Martin” pilotu Lens Stroll Sebastyan Fettellə rəqabətdən çəkinmir.
Komandanın sahibi Lourens Strollun oğlu olan 22 yaşlı piliot atasının hesabına komandada qalmadığını söyləyib: “Heç vaxt komandada kiminsə yerini tutduğumu düşünməmişəm. Yalnız yüksək səviyyədə çıxış etməklə tənqidçiləri susdurmağı bacarıram.  Fettelə gəlincə, Sebastyan çox təcrübəli pilotdur. Ancaq mən “Aston Martin”də ondan qeyri-adi heç nə gözləmirəm. Komandamız adını dəyişsə də, bizdən ani uğur gözləməyin!”

CANLI YAYIM