Konor Makqreqor gözlənilmədən məğlub oldu

24 Yanvar, 09:50 Sosial mediada paylaşın:
Əbu-Dabidə UFC 257 kateqoriyasında turnir keçirilib. Günün həlledici görüşündə iki çəki dərəcəsində sabiq dünya çempionu Konor Makqreqorla promouşenin müvəqqəti çempionu Dastin Puarye qarşılaşıb.
Maraqlı mübarizə şəraitində keçən görüşdə Puarye gözlənilənlərin əksinə adlı-sanlı rəqibini ikinci raundda nokauta salıb. Xatırladaq ki, 2014-cü ildə tərəflərin döyüşündə Konor ilk raundda rəqibini təslim olmağa məcbur etmişdi.
 

CANLI YAYIM