"Səbail" çətinliklə "Zaqatala"nın öhdəsindən gəldi

25 Yanvar, 11:00 Sosial mediada paylaşın:
Dünən futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünə start verilib.  İlk oyun günündə bir qarşılaşma baş tutub.
“Səbail” doğma meydanda Birinci Divizion təmsilçisi “Zaqatala”nı sınağa çəkib. Komandalar ilk dəfə bu turnirdə üz-üzə gəliblər. Beş qolun qeydə alındığı matç “Səbail”in çətin qələbəsiylə yekunlaşıb - 3:2. “Dənizçilər” növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.
Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu bu gün keçiriləcək. “Turan Tovuz” “Qəbələ”ni, “Sabah” “Kəpəz”i, “Qaradağ Lökbatan” isə “Zirə”ni qəbul edəcək.

CANLI YAYIM