Yunis Hüseynov "Keşlə"dən istefa verib

25 Yanvar, 12:00 Sosial mediada paylaşın:
Yunis Hüseynov "Keşlə"nin baş məşqçi postundan gedib.  56 yaşlı mütəxəssis bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Keçirilən görüşdən sonra Hüseynovun istefası qəbul olunub.
O, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundova təşəkkür edib, klubumuza uğurlar arzulayıb. Klub rəhbərliyi də öz növbəsində Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, Hüseynov 2020-ci ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu.

CANLI YAYIM