U-17 və U-19 millilərimiz təlim məşq toplanışı keçəcək

25 Yanvar, 13:10 Sosial mediada paylaşın:
Yanvarın 25-dən fevralın 7-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək.Hazırlıq prosesinə yerli klublarda oynayan futbolçulardan əlavə Rusiyanın “Lokomotiv” klubundan Amin Ramazanov, Fransanın “Klermon Foot” klubundan Eldar Tağızadə, Türkiyənin “Bayrampaşa” komandasından Samet Karakoş, “Yunanıstan “Ksantisi”dən Berkant Nazifoğlu və “Beşiktaş”dan Vardar Berkay dəvət olunublar.
Yanvarın 25-dən fevralın 4-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək. U-17-nin heyətinə əsasən yerli klubların futbolçuları dəvət olunub. Ölkə xaricindən toplanışa qatılan yeganə oyunçu isə Rusiyanın “Maskavskoya Zastava” klubunun üzvü Nahid Əliyevdir.

CANLI YAYIM