"Beşiktaş" və "Qalatasaray" xal itirmədi

25 Yanvar, 14:37 Sosial mediada paylaşın:
Superliqanın 21-ci turunda “Qalatasaray” səfərdə “ Yeni Malatyaspor”un qonağı olub. Oyun ərzində hər iki komandanın hücum cəhdləri nəticəsiz qalıb. Görüşün yekunlaşmasına 3 dəqiqə qalmış Rayan Babel uzaqdan qüvvətli zərbə ilə fərqlənərək komandasına qələbə qazandırıb. “Yeni Malatyaspor” – “Qalatasaray” 0:1.
“Vodafon Park” arenada isə “Beşiktaş” “Göztəpə” ilə üz-üzə gəlib. İlk hissədən daha üstün olan qonaqlar 33-cü dəqiqədə rəqib qapısına yol tapıblar. Lakin VAR sisteminə baxan hakim qolu qeydə almayıb. Əvəzində 6 dəqiqə sonra İzmir klubu hesabı açıb. Zlatko Tripiç hədəfdən yayınmayıb. İkinci hissənin startından 4 dəqiqə sonra hesab bərabərlaşib. Adem Lyayiç komandasını ümidləndirib. Təşəbbüsü ələ alan İstanbul təmsilçisi 77-ci dəqiqədə qələbə qolunu vurmağa nail olub. Vinsent Abubakar mübarizəyə nöqtə qoyub. “Beşiktaş” – “Göztəpə” 2:1. Bu nəticə ilə “Beşiktaş” 44 xalla liderliyini bir qədər də möhkəmləndirib. “Qalatasaray” və “Fənərbağça” 39 xalla 2-ci, 3-cü yerləri bölüşürlər.

CANLI YAYIM