"Klippers" ardıcıl 7-ci qələbəsini qazandı

25 Yanvar, 15:27 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar olub. Şərq konfransında liderlər qrupunda qərarlaşan “Los Anceles Klippers” azarkeşlərini sevindirib. Komanda ardıcıl 7-ci qələbəsini qazanıb.
“Los Anceles Klippers” doğma arenada “Oklahoma Siti Tander”i qəbul edib. Görüşün əvvəlindən təşəbbüsü ələ alan meydan sahibləri yekunda qələbə qazanıblar 108:100. “Los Anceles” klubunun heyətində Kavay Lenard 34 xal, 9 ribaund və 8 məhsuldar ötürmə ilə görüşün qəhrəmanı olub. Qonaqlarda isə Şey Qildjes Aleksander 23 xal 7 məhsuldar ötürmə, Corc Hill 22 xalla yadda qalıb. ardıcıl 7-ci qələbəsini qazanan “Klippers” basketbolçuları “Los Anceles”in digıər tımsilçisi “Leykers”lə bərabər Şərq konafransına başçılıq edir. Son 3 matçında uzan Oklahoma Siti Tander isə 12-ci pillədə qərarlaşıb.

CANLI YAYIM