Sözləri ilə rəqibləri qıcıqlandıran idmançıların reytinqi tərtib olunub

25 Yanvar, 17:20 Sosial mediada paylaşın:
Növbəti sujetimiz əfsanəvi idmançılara həsr olunub. Bu dəfə onların fərqli xüsusiyyətləri ön plana çəkilib. Belə ki, məşhur Amerika portallarından biri rəqibi qıciqlandırmaqda usta olan idmançıların reytinqini tərtib edib.
Araşdırmaların nəticəsində əfsanəvi boksçu Məhəmməd Əli zirvədə dayanıb. Elə növbəti pillənin sahibi də boksçudur. Məhəmməd Əlidən sonra boks həvəskarlarının sevimlisinə çevrilən Mayk Tayson sözləri ilə rəqibləri qıcıqlandıran idmançılar arasında 2-ci yeri tutub.  3-cü pillədə isə “Çikaqo”nun əfsanəvi basketbolçusu Maykl Cordandır.  Amerika futbolunun görkəmli nümayəndələrindən olan Çed Conson 4-cü, irlandiyalı qaydasız döyüşçü Konor Makqreqor 5-ci olubş Sonrakı pillələrdə boksçu Floyd Meyvezer, amerika futbolu ilə məşhurlaşan Riçard Şerman, Şennor Şarp,  tennisçi Con Makinroy və MMA döyüşçüsü Ronda Rouzi qərarlaşıb. Maraqlıdır ki, Rouzi bu siyahıda yer alan  yeganə qadın idmançıdır.

CANLI YAYIM