Dünyanın ən titullu futbolçusu arıların hücumuna məruz qalıb

8 Oktyabr, 10:48 Sosial mediada paylaşın:
Dünyanın ən titullu futbolçusu Dani Alves arıların hücumuna məruz qalıb.
Qeyri-adi hadisə Braziliya A Seriyasının XXIII turunda, 36 yaşlı sağ cinah oyunçusunun formasını geyindiyi “San-Paulu”nun evdə “Fortaleza”nı 2:1 hesabı ilə məğlub etdiyi görüşdə baş verib.
Alveş künc zərbəsini yerinə yetirməyə gedən zaman bayrağın üzərinə yığışmış arılardan bir qismi ona hücum edib və boyun nahiyəsindən sancıb. Rəqib futbolçulardan biri üzünü tutaraq künc bayrağını kənara atıb. Bundan sonra oyun davam etdirilib.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Dani Alves dünyanın ən titullu futbolçusudur. Karyerası ərzində vətənində “Bahya”, İspaniyada “Sevilya” ilə “Barselona”, İtaliyada “Yuventus”, Fransada isə PSJ-nin formasını geyinən təcrübəli oyunçu, ümumilikdə, 40 titul qazanıb.

CANLI YAYIM