Azərbaycan yığması 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vurub

9 Oktyabr, 11:12 Sosial mediada paylaşın:
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.
Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv Albaniya ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 72-ci dəqiqədə Dilarə Soley qələbə qolunun müəllifi olub. 90+2-ci dəqiqədə Sona Rəhimovanın qırmızı vərəqə alması səbəbindən Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv matçı azlıqda bitirib. 
Beləliklə, 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vuran milli komanda növbəti mərhələyə yüksələ bilməyib. Almaniya 9 xalla qrup lideri, meydan sahibi Portuqaliya isə isə 6 xalla 2-ci yerin sahibi kimi mərhələ adlayıb. 
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı digər iki görüşdə Almaniya və Portuqaliyaya eyni hesabla uduzub - 0:6. 

CANLI YAYIM