"Barselona" İspaniya Kubokunda 42-ci dəfə finala yüksəlib

4 Mart, 13:26 Sosial mediada paylaşın:
İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
“Barselona” “Nou Kamp”da “Sevilya”nı qəbul edib. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan “Barsa” doğma meydanda bunun əvəzini çıxıb. Artıq 12-ci dəqiqədə Osman Dembele hesabı açıb. 1-ci hissə meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra qonaqlar penalti vurmaq hüququ əldə ediblər. Lukas Okampos fürsətdən yararlana bilməyib. Oyunun sonları “Sevilya” üçün çox pis keçib. Əvvəlcə Fernado qırmızı vərəqə ilə cəzalandırılıb. 2-ci hissəyə artırılmış 4-cü dəqiqədə ise Jerar Pike hesabı 2:0 edib. Bununla da 2 görüşün nəticəsinə göre hesab berabərləşib. Qalibi müəyyənləşdirmək ücün komandalar əlavə yarımsaat oynamalı olublar. Burda isə “Barsa” futbolçuları 3-cü qolu vurublar. Martin Breytveyt “Barsa” azarkeşlərini sevindirib. Beləliklə 2 oyunun yekununda 3:2 hesablı qələbə qazanan “Barselona” tarixində 42-ci dəfə turnirin finalına yüksəlməklə özünəməxsus rekordu yenileyib. Bu “Barsa”nın son 13 ildə 10-cu həlledici ğörüşü olacaq. Finalda “Barselona”  “Atletik” – “Levante” cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Bilbaodakı matç 1:1 hesabı ilə yekunlaşıb. Valensiya şəhərindəki cavab qarşılaşması bu gün gecəyarısı başlanacaq

CANLI YAYIM