"Hyuston Rokets" heyətindən imtina etməyə hazırlaşır

16 Mart, 17:30 Sosial mediada paylaşın:
MBA-da komandalar pley-offa vəsiqə uğrunda amasız mübarizə apardığı bir məqamda həm də növbəti mövsümün planlarını cızırlar. Artıq bəzi klubların transfer hədəflərini müəyyənləşdirib. Hətta heyətini tamamilə yeniləmək niyyətində olanlar da var.
Ötən mövsümə qədər MBA-da çempionluq uğrunda mübarizə aparan “Hyuston Rokets” Ceyms Hardenin  gedişindən sonra autsayderlərdən birinə çevrilib.  Texas klubu ardıcıl 16 oyunda məğlub olaraq tarixinin ən pis nəticəsini göstərib. Amerika mətbuatının məlumatına görə,  “Hyuston” rəhbərliyi növbəti mövsüm mərkəz oyunçusu Kristian Vud istisna olmaqla komandanın bütün üzvlərini dəyişməyə hazırdır. “Rokets” hətta iki aparıcı oyunçusu Viktor Oladipo və Con Uollun xidmətindən imtina etmək haqda düşünür.  “Hyuston”un forvardı Pi Cey Takerlə isə artıq bir neçə klub maraqlanır. Deyilənə görə, onun “Bruklin Nets” və “Mayami Hit”ə keçəcəyi daha real görünür.
Yeri gəlmişkən, Texasın digər nüfuzlu komandası “San Antonio” da aparıcı oyunçularından olan Lamarkus Oldriclə əməkdaşlığa son verib. Əslində son vaxtlar təcrübəli basketbolçunun mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı şayiələr yayılırdı. Amerika mətbuatının məlumatına görə, Lamarkusun xidmətində daha çox çempion “Los Anceles Leykers” maraqlıdır. 35 yaşlı basketbolçu bu mövsüm “Spörz”ün heyətində keçirdiyi 21 oyunda orta hesabla 13,7 xal və 4,5 ribaundla fərqlənib.

CANLI YAYIM