"Ximki" müflis elan edilə bilər

17 Mart, 17:39 Sosial mediada paylaşın:
Avropa basketbol klublarının MBA-da çıxış edən komandalardan əsas fərqi heç də güclü heyətlə bağlı deyil. Avropa klublarının ən böyük problemi maliyyə dayaqlarının güclü olmamasıdır. Tarix boyunca maliyyə böhranına görə hətta nüfuzlu klublar belə yarışlardan çəkilməli olub. Bu proses hələ də davam edir. Koronavirus pandemiyası bu mənada vəziyyəti daha da çətinləşib. Artıq daha bir klub tarixin yaddaşına köçmək üzrədir.
Avroliqada çıxış edən “Ximki” mövsüm başa çatmamış bütün turnirlərdə çıxışını dayandıra bilmir. Buna səbəb klubun müflisləşməsidir. Rusiya mətbuatının məlumatına görə, klubun sponsoru “Metalloinvest” şirkəti komandaya olan maliyyə yardımını azaltmaq qərarına gəlib. Kompaniya rəhbərliyi son vaxtlar “Ximki”nin zəif nəticələr göstərməsini əsas gətirərək belə bir addım atmaq fikrinə düşüb. Nəzərə alaq ki, klub koronavirus pandemiyasına görə bilet satışından da çox qazana bilmir. Hazırda rəhbərlik oyunçularının məvacibini gecikdirir. “Ximki”nin ümumi borcu isə 3 milyon dollardan artıqdır. Bunu nəzərə alan Avroliqa rəhbərliyi Rusiya komandasına yeni transferləri qeydiyyatdan keçirməyə də qadağa qoyub. Yaxın günlər klub rəsmi şəkildə müflis elan edilib fəaliyyətini başa vura bilər. Qeyd edək ki, bu mövsüm Moskvaətrafı şəhərciyin komandası Avroliqada 3 qələbə qazanıb, 25 dəfə məğlub olub. Klub qitənin ən nüfuzlu turnirində son 17 oyunun hamısında meydandan məğlub ayrılıb. Xatırladaq ki, mövsümün əvvəlində Azərbaycan millisinin sabiq baş məşqçisi Rimas Kurtinaytis “Ximki”ni çalışdırırdı. O, komandanın zəif nəticələrinə görə sonradan istefaya göndərilib.
 

CANLI YAYIM