Donçiç "Dallas"a qələbə qazandırdı

18 Mart, 16:38 Sosial mediada paylaşın:
“Amerikan Airlans Senter” arenasında “Dallas Maveriks”  və “Los Anceles Klippers” qarşılaşıb. Ötən görüşdə məğlub olan ev sahibləri bu dəfə ümidləri doğruldublar. İlk hissəyə qonaqlar daha fəal başlayıblar. Bu amil özünü hesabda da göstərib – 29:24. Lakin ikinci periodda yerli komanda daha inamlı çıxış edib və 10 xal fərqi ilə üstün olub. Təşəbbüsü əldən verməyən Dallas basketbolçuları növbəti iki dövrədə  də rəqibindən daha yaxşı çıxış edib. Xüsusuilə, sonuncu periodda onlar yenidən 10 xal fərqi ilə əzimkar mübarizə apararaq yekunda qələbə qazanıblar. “Dallas Maveriks” – “Los Anceles Klippers” 105-89
Meydan sahiblərinin heyətində Luka Donçiç 42 xal, 6 ribaund və 9 məhsuldar ötürmə ilə gecənin ən yaxşı basketbolçusu olub.
Məğlubiyyətə baxmayaraq Los Anceles Klippers komandası Qərb konfransında 4-cü pillədə qərarlaşıb. “Dallas Maveriks”  8-cidir. Yarış cədvəlinə isə “Yuta Cazz” başçılıq edir.

CANLI YAYIM