Voleybol üzrə Çempionlar Liqasının yarımfinalçıları məlum olub

18 Mart, 17:30 Sosial mediada paylaşın:
Qadın voleybolçuların Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. 
Yarışın favoritlərindən “Vakıfbank” voleybolçuları İtaliya təmsilçisi “Unet-Yamama”ya uduzub. Busto Aritsa şəhərinin təmsilçisi sensasiyanı reallaşdırıb. Hərçənd ki, ilk 2 setdə meydan sahibləri üstün olublar 25:20 və 25:17. Amma bundan sonra qonaqlar əzmkarlıq nümayiş etdiriblər. 3-cü hissədə 25:21 hesabı ilə qələbə qazanan Busta Aritsa komandası 4-cü hissədə rəqibə 13 xal qazanmağa imkan verib. Tay-brekdə də qalib gələn İtaliya təmsilçisi 1 həftə sonra keçiriləcək cavab görüşünə üstünlüklə çıxacaq.
 Yarışın digər yarımfinalında İtaliya komandalarının qarşılaşması olub. “Novara” doğma meydanda “Konelyano” ilə üz-üzə gəlib. 3 gün əvvəl İtaliya kubokunun finalında rəqibinə qalib gələn “Konelyano” voleybolçuları bu dəfə də ehtimalları doğruldublar. Hər 3 set qonaqların qələbəsi ilə başa çatıb 25:21, 25:18 və 25:17. Qeyd edək ki, cavab matçı martın 23-də olacaq.

CANLI YAYIM