Karateçimiz Dünya Çimərlik Oyunlarında

10 Oktyabr, 16:32 Sosial mediada paylaşın:
Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Dünya Çimərlik Oyunları keçiriləcək. Mötəbər yarışın proqramına ilk dəfə karate olimpiya növü də daxil edilib və idmançılar yalnız kata çıxışlarında mübarizə aparacaq.  
Azərbaycan Milli Karate Federasiyasıının prezidenti Yaşar Bəşirov və kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazovun rəhbərliyi altında karateçimiz Roman Heydərov da mübarizəyə qoşulacaq. Dünya Çimərlik Oyunlarında karatenin kata çıxışları 12-13 oktyabr tarixlərində keçiriləcək. 

CANLI YAYIM