PSJ iki ulduzu ilə müqaviləni uzatmayacaq

10 Oktyabr, 19:10 Sosial mediada paylaşın:
Edison Kavani ilə Tyaqo Silva yayda PSJ-ni tərk edə bilərlər.
Paris nəhəngi bu futbolçularla müqaviləni uzatmaq niyyətində deyil. Hər iki futbolçunun müqaviləsi 2020-ci ilin yayında başa çatır.
Əslində, klub Kavaniyə yeni müqavilə təklif etməyi planlaşdırırdı. Ancaq hücumçunun bu yaxınlarda zədələnməsi rəhbərliyi fikrindən döndərib.
Uruqvaylı futbolçu PSJ-ni tərk etsə, xeyli təklif alacağı da dəqiqdir. Onunla “Atletiko”, “Napoli”, “İnter”, “Mançester Yunayted” maraqlanır.

CANLI YAYIM