FIBA "Şərəf zalı"na daxil olan yeni adları açıqladı

31 Mart, 13:56 Sosial mediada paylaşın:
Hər bir idman növündə tarixə düşən əfsanələr olsa da, hər beynəlxalq federasiya məşhur atletlərinə lazım olan dəyəri vermir. Bu mənada basketbolçuların bir qədər bəxti gətirib. FIBA müntəzəm olaraq  bu idman növündə fərqlənən simaların adını əbədiləşdirir.
FIBA Şərəf Zalına daxil etdiyi yeni adları açıqlayıb. Əslində, siyahı ötən il ictimaiyyətə təqdim olunmalı idi. Lakin koronavirus pandemiyası bunu bir qədər təxirə saldı. Hərçənd yeni adlar açıqlansa da, onların təltifolunma mərasimi yenə də baş tutmayıb. İndiki məqamda FİBA  iyunun 18-də onlara mükafat təqdim etməyi planlaşdırır. Mərasimində adını basketbol tarixinə yazdırmış parlaq simaları görəcəyik. Söhbət Stiv Neş, Svetislav Peşiç və Aleksandr Volkov kimi əfsanəvi oyunçulardan gedir.  Onlar arasında hazırda
Stiv Neş aktiv basketbol həyatı yaşayır. Hazırda “Bruklini çalışdıran kanadalı, oyunçu kimi heç vaxt MBA çempionu olmayıb. Bununla belə o, iki dəfə mövsümün ən dəyərli basketbolçusu seçilib. Neş həmçinin 8 dəfə “All Star” matçının iştirakçısı olub. Svetislav Peşiçin isə parlaq oyunçu karyerası olmasa da, məşqçi kimi böyük uğurlar qazanıb. Belə ki, onun başçılığı altında Almaniya millisi 1993-cü ildə, Yuqoslaviya yığması isə 2001-ci ildə Avropa çempionu olub. 2002-ci ildə isə yuqoslavlar Peşiçin başçılığı altında dünya çempionluğunu bayram edib. Peşiç həmçinin 2003-cü ildə “Barselona”nı Avroliqanın qalibi edib. Keçmiş SSRİ-dən Milli Basketbol  Assosasisiyasına ilk yollanandan olan Aleksandr Volkov isə 1988-ci ildə Seul Olimpiadasının qızıl medalına yiyələnib. Ukraynalı basketbolçu həmçinin 1985-ci ildə keçmiş İttfaq yığması ilə  Avropa çempionluğunu qazanıb.

CANLI YAYIM