"Şarlott Hornets"dən 24-cü qələbə

31 Mart, 15:06 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında daha bir görüş keçirilib. Şərq Konfransında qərarlaşan “Vaşinqton Uizards” “Şarlott Hornets”i qəbul edib. Görüşə daha yaxşı başlayan Şarlott komandası ilk hissədə qalib gəlib – 32:29.  Üstünlüyü əldən verməyən qonaqlar böyük fasiləyədək xal fərqini artırıblar – 64:56. Digər hissələrin biri heç-heçə olduğu halda, o birində “Hornets” üstün olub. Yekunda Şarlott komandası 114:104 hesabı ilə qalib gəlib.
Görüşün ən yaxşısı Riu Hatimura seçilib. “Vizards” basketbolçusu  30 xal, 4 ribaund, 3 məhsuldar ötürmə ilə diqqət çəkib.
Qeyd edək ki, Qərb konfransına Yuta Cazz başçılıq edir. Şərq Konfransında isə  "Filadelfiya Seventi Siksers" liderdir.

CANLI YAYIM