UEFA-dan Cüneyt Çakıra təyinat

11 Oktyabr, 09:02 Sosial mediada paylaşın:
Türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.
O, G qrupunun Sloveniya - Avstriya görüşünün baş hakimi olacaq. Ona Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Ali Palabıyık yerinə yetirəcək.
 Qeyd edək ki, qarşılaşma oktyabrın 13-ü  Bakı vaxtı ilə 22:45-də başlayacaq.

CANLI YAYIM