Boksçularımız dünya birinciliyində uğurla çıxış edir

16 Aprel, 12:44 Sosial mediada paylaşın:
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. Onlardan Əli Zamanov ikinci qarşılaşmasını keçirib. Ermənistanlı Ruben Qarboyanı mübarizədən kənarlaşdıran yeniyetmələr arasında Avropa çempionu 1/8 finalda tailandlı Tanakon Aonyaemlə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1. O, yarımfinala gedən yolda rusiyalı Yevgeni Jorovla döyüşəcək. Görüş aprelin 19-da olacaq.
Zamanovun uğurunu Cəlal Qurbanov da davam etdirib. 1/16 finalda macarıstanlı Ferens Samu ilə qarşılaşan boksçu rəqibini 5:0 hesabı ilə məğlub edib. Qurbanov 1/8 final görüşünü aprelin 18-də yaponiyalı Reyto Tsutsumiyə qarşı keçirəcək.
Daha bir boksçumuz Samir Nəsirov isə 1/16 finalda polşalı Mateus Urbanla  döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, dnya birinciliyinin ilk günündə Əzrək Bəbirov 1/16 finalda qələbə qazanıb. 52 ölkədən 414 boksçunun qatıldığı yarış aprelin 23-də başa çatacaq.

CANLI YAYIM