Azərbaycan cüdoçusundan Avropa çempionatında bürünc medal

19 Aprel, 10:45 Sosial mediada paylaşın:
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 100 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, avstriyalı Aaron Fara və macarıstanlı Jombor Veqi üzərində qələbə qazandıqdan sonra 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzub. Bununla belə, Kotsoyev təsəlliverici görüşdə fransalı Siril Mareti üstələməyi bacarıb. 3-cü yer uğrunda qarşılaşmada onun rəqibi rusiyalı Niyaz İlyasov olub.Görüşün başa çatmasına 1 dəqiqə 10 saniyə qalmış Kotsoyev rəqibini ipponla məğlub edib.Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 2 bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq) da fəxri kürsüyə qalxıb.

CANLI YAYIM