Boksçumuz Avropa çempionatının yarımfinalına yüksəldi

20 Aprel, 13:57 Sosial mediada paylaşın:
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.
Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarışın yarımfinalına vəsiqə qazanıb. 49 kq çəki dərəcəsində mübarizə aparan boksçu macarıstanlı Levent Eqedusa qalib gəlib. Hüseynov rəqibindən 5:0 hesabı ilə üstün olub. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. İdmançımız finala vəsiqə üçün Rusiyanı təmsil edən erməni idmançı Robert Bədəlyanla qarşılaşacaq. Millinin digər boksçuları Əli Zamanov, Əzrək Bəbirov və Murad Allahverdiyev yarışı 5-ci pillədə tamamlayıb. Qeyd edək ki, yarımfinal döyüşləri aprelin 20-də, final qarşılaşmaları isə ayın 23-də olacaq.

CANLI YAYIM