Fyuri Coşuanı nokauta göndərəcəyinə inanır

20 Aprel, 17:06 Sosial mediada paylaşın:
Boks həvəskarları bu il keçirilməsi planlaşdırılan Tayson Fyuri ilə Entoni Coşua arasındakı mümkün döyüşü səbirsizliklə gözləyir.  Müxtəlif kateqoriyalarda dünya çempionlarının görüşündən əvvəl isə tərəflər adəti üzrə atmacaları ilə intriqanı daha da artırırlar. Bu mənada WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri xüsusi fərqlənir. Britaniyalı superağır çəkili boksçu həmyerlisini rahatlıqla məğlub edəcəyini düşünür: “Hər şey çox sadədir: Çoşuanın sifətinə bir neçə zərbə endirəcəyin halda, onu yerə sərəcəksən. Entoni elə də ürəkli boksçu deyil. Onun üzünə zərbə vurmaq çətin deyil. Mən dəqiq zərbə endirəcəyim halda görüş erkən başa çatacaq.  Coşua Endi Ruisə məğlub olana qədər bütün dünya elə fikirləşirdi ki, mənim ona qarşı görüşdə heç bir şansım yoxdur. Amma indi forumlarda insanların 90 faizi mənim qələbə qazanacağımı düşünür”. Entoni Coşua isə Fyuri ilə döyüşə hazırlıq məqsədi ilə Floyd Meyvezer və Vladimir Kliçko kimi veteran boksçularla görüşməyi planlaşdırır: “Meyvezer dahi insandır. Zəka olaraq belə boksçularla bir səviyyədə olmaq istəyirsənsə, onların arasında olmalısan. Məsələn, futbolçunun yanında futbolçu, boksçunun yanında boksçu olmalıdır. Bu günə qədər Corc Forman, Evander Holifild, Roberto Düran, Tommi Herns və Şuqar Rey Leonardla görüşmüşəm. İndi Meyvezerin məsləhətlərini alacağam. Vladimir Kliçko da görüşümüzdən məmnun olacaq”.

CANLI YAYIM