Avroliqada pley-off mərhələsi başlanır

20 Aprel, 17:30 Sosial mediada paylaşın:
Bu gün basketbol üzrə Avroliqa yarışında pley-off mərhələsi strat götürəcək. İlk görüş İstanbulda olacaq. “Anadolu Efes” doğma meydanda turnirin ən titullu komandası Real Madridi qəbul edəcək. Müntəzəm çempiontda daha yaxşı çıxış edən Türkiyə təmsilçisi cütün favoriti sayılır. Maraqlıdr ki, bu mövsüm komandalar bir-birini ancaq səfərdə məğlub ediblər. “Anadolu Efes” Madriddə, “Real” isə İstanbulda qələbə qazanıb.
Günün digər qarşılaşması Milanda olacaq. Yerli “Oimpiya” komandası “Bavariya” ilə üz-üzə gələcək. Bu cütlükdə də favorit meydan sahibləri hesab olunur. Təsadüfi deyil ki, mövsümün ilk hissəsində komandalar 2 dəfə qarşılaşıblar ki, hər iki halıda İtalliya klubu üstün olub.
Sabah daha 2 oyun keçiriləcək. Moskvada ÇSKA Türkiyənin “Fənərbağça” komandasını qəbul edəcək. Rusiyanın digər təmsilçisi “Zenit” isə İspaniyada “Barselona”nın qonağı olacaq. Qeyd edək ki, rəqibinə 3 dəfə qalib gələn komanda növbəti mərhələyə adlayacaq.

CANLI YAYIM