"Səbail"in qapıçısı Nikolas Hagen klubdan ayrıla bilər

21 Aprel, 14:10 Sosial mediada paylaşın:
Nikolas Hagen mövsümün sonunda "Səbail"dən gedə bilər.
Qvatemalalı qapıçının klubla müqaviləsi başa çatır. Hagen özü Bayıl təmsilçisində qalmağın əlehinə deyil. Lakin futbolçunun qərarı klubun gələcək taleyindən də asılı olacaq. Çünki "Səbail"in futbolçuları 2 aydır ki, maaş ala bilmir və növbəti mövsüm klubda maddi sıxıntı olacağına da istisna deyil. Əgər mövsümün sonuna kimi maliyyə məsələləri düzəlməsə böyük ehtimalla Hagen klubla yeni müqavilə bağlamayacaq. Qeyd edək ki, Hagen cari mövsüm “Səbail”ə keçib.

CANLI YAYIM