"Çelsi" autsayderə qalib gələ bilmədi

21 Aprel, 16:23 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında ilk 4-lük uğrunda mübarizə aparan “Çelsi” 32-ci turda aşağı sıralarda gedən “Brayton”u qəbul edib.
Görüşə gözlənildiyi kimi meydan sahibləri güclü hücumlarla başlayıblar. Hissənin sonuna yaxın qonaqlar da fərqlənməyə yaxın olublar. Bütün cəhdlərə baxmayaraq birinci hissə qolsuz heç-heçəylə başa çatıb. Komandalar fasilədən sonra daha bir neçə epizodda qol vurmaq imkanı qazansalar da, hesabı açmaq mümkün olmayıb. Beləliklə görüş 0:0 hesabı ilə yekunlaşıb. Qarşılaşmada yaddan qalan son hadisə 2-ci hissəyə artırılan 2-ci dəqiqədə baş verib. “Brayton”un heyətində Ben Uayt meydandan çıxarılıb. Xallarının sayını 55-ə çatdıran “Çelsi” hazırda yarış cədvəlində 4-cüdür. “Brayton” isə 34 xalla 16-cı pillədədir.

CANLI YAYIM