Boks üzrə dünya çempionu ağır qəzaya düşdü

11 Oktyabr, 20:24 Sosial mediada paylaşın:
IBF və WBC versiyaları üzrə yarım-orta çəki dərəcəsində dünya çempionu Errol Spens ağır avtomobil qəzası keçirib.
Amerikalı boksçu ciddi xəsarət alıb. Hadisə yerinə yetişən polislər bildirib ki, Spens ağır vəziyyətdə hospitala çatdırılıb.
“The Sun” yazır ki, qəzaya səbəb Spensin idarəetməni itirməsi olub. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. İdmançının təhlükəsizlik kəməri bağlı olmayıb.
Həkimlərin sözlərinə görə, Spens sağ qalacaq, lakin onun idman karyerasının gələcəyi sual altındadır. Spens peşəkar rinqdə keçirdiyi bütün 26 görüşdən qalib ayrılıb.

CANLI YAYIM