AVRO-2020: İngiltərə məğlub olub, Portuqaliya yığması Lüksemburqu darmadağın edib

12 Oktyabr, 09:03 Sosial mediada paylaşın:
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII turun növbəti görüşləri keçirilib.
İkinci oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunub.
A qrupunun lideri İngiltərə Çexiyada məğlubiyyətə düçar olub. Qrupun digər matçında Monteneqro Bolqarıstanla qolsuz heç-heçə edib.
Avropa çempionatının son qalibi Portuqaliya Lüksemburqu darmadağın edib. Qollardan birini Kriştianu Ronaldu vurub. B qrupunun digər matçında Ukrayna Litvanı Ruslan Malinovskinin "dubl"u ilə yenib.
H qrupunun hər 3 matçında 1 qol vurulub. Türkiyə Albaniyanı son dəqiqə, Fransa İslandiyanı penalti qolu ilə məğlub edib. Bununla da İslandiya sona 3 tur qalmış Türkiyə və Fransanın 6 xal gerisinə düşüb
Andorra isə Moldovaya qalib gələrək, son pillədən qurtulub.
AVRO-2020
Seçmə mərhələ, VII tur
11 oktyabr
A qrupu
22:45. Çexiya - İngiltərə - 2:1
Qollar: Yakub Brabets, 9. Zdenek Ondraşek, 85 - Harri Keyn, 5 (penalti ilə)
22:45. Monteneqro - Bolqarıstan - 0:0
Xal durumu: İngiltərə - 12 xal (5 oyuna), Çexiya - 12 (6), Kosovo – 8 (5), Monteneqro - 3 (6), Bolqarıstan – 3 (6).
B qrupu
22:45. Portuqaliya - Lüksemburq - 3:0
Qollar: Bernardu Silva, 16. Kriştianu Ronaldu, 65. Qonsalu Quedeş, 89
22:45. Ukrayna - Litva - 2:0
Qollar: Ruslan Malinovski, 29; 58
Xal durumu: Ukrayna – 16 xal (6 oyuna), Portuqaliya – 11 (5), Serbiya - 7 (5), Lüksemburq – 4 (6), Litva – 1 (6)
H qrupu
22:45. Andorra - Moldova - 1:0
Qol: Mark Vales, 63
22:45. İslandiya - Fransa - 0:1
Qol: Olivye Jiru, 66 (penalti ilə)
22:45. Türkiyə - Albaniya - 1:0
Qol: Cenk Tosun, 90
Xal durumu: Türkiyə - 18 xal (7 oyuna), Fransa - 18 (7), İslandiya – 12 (7), Albaniya – 9 (7), Andorra – 3 (7),
Moldova – 3 (7).

CANLI YAYIM