Lüis Taysonla görüşəcəyini elan edib

4 May, 17:25 Sosial mediada paylaşın:
Son vaxtlar boks əfsanələrinin yenidən rinqə qayıdaraq azarkeşlərə nostalji anlar yaşatması dəb halını alıb. Doğrudur, bu təkliflə çıxış edənlərin hamısı belə bir ideyanı gerçəkləşdirə bilmir.  Buna ya təşkilatçılıqla bağlı problemlər, ya da maliyyə məsələləri mane olur. Məsələn, bir müddət əvvəl Mayk Taysonla Evander Holifildin 3-cü dəfə qarşılaşacağı ilə bağlı xəbərlər yayılsa da, sonda tərəflər razılıq əldə edə bilməmişdi. Daha doğrusu, Holidifld bunu reallaşdırmaq istəmiş, Tayson isə şərtlərlə razılaşmamışdı. Nəticədə Holifild özünə başqa rəqib tapdı.
Amma deyəsən, sabiq dünya çempionları “Dəmir Mayk”dan əl çəkməyəcək. İndi də Lennoks Lüis Taysonla görüşmək istədiyini söyləyüb. Amerika mətbuatına açıqlama verən böyük britaniyalı sabiq boksçu Taysonla əlaqələrini davam etdirdiyini və yenidən onunla rinqi bölüşməyə yaxın olduğunu bildirib. Xatırladaq ki, tərəflər 2002-ci ildə üz-üzə gəlmiş və Lüis rəqibini 8-ci raundda nokauta göndərmişdi.   Ümumiyyətlə, 54 yaşlı Tayson bu günə qədər 50 qələbə qazanıb. 6 dəfə məğlub olub. 55 yaşlı Lüis 43 qarşılaşmada rinqi qalib tərk edib . 2 döyüşdə isə uduzub.

CANLI YAYIM