Cüdoçularımız "Böyük Dəbilqə" yarışında mübarizəyə başlayır

5 May, 11:25 Sosial mediada paylaşın:
Bu gün Rusiyanın Kazan şəhərində cüdoçuların “Böyük Dəbilqə” yarışı start götürəcək.
İlk yarış günündə mübarizəyə qoşulacaq. Kişi cüdoçularımızdan Davud Məmmədsoy startda rusiyalı rəqibilə qarşılaşacaq. Elçin Hüseynov ilk görüşdə italiyalı idmançı ilə üz-üzə gələcək. Qadınlardan Leyla Əliyeva fransalı, Aişə Qurbanlı almaniyalı rəqibilə tatamiyə çıxacaq. Gültac Məmmədəliyeva Meksika idmançısı ilə mübarizə aparacaq. Yarışda ölkəmizi 9 idmançı təmsil edir. Böyük Dəbilqə turniri mayın 7-də yekunlaşacaq.

CANLI YAYIM