Güləşçilərimiz Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayır

6 May, 10:53 Sosial mediada paylaşın:
Bu gün Sofiyada güləşçilərin dünya Olimpiya Təsnifat Turniri başlanır.
Bu gün yarışa qatılan 13 pəhləvanımızdan 3-ü xalça üzərinə çıxacaq. Sərbəst güləççilərimizdən 57 kq-da Georgi Edişeraşvili Gürcüstan, 86 kq-da Abubakr Abakarov İsrail, 125 kq-da Vahid Qalalayev İspaniya idmançısı ilə üz-üzə gələcək. Qeyd edək ki, olimpiadaya lisenziya qazanmaq üçün finala çıxmaq kifayət edir. Xatırlafaq ki, indiyədək sərbəst güləşçilərimizdən Mariya Stadnik, Hacı Əliyev, Hacımurad Hacıyev, Şərif Şərifov, Klassiklərdən İslam Abbasov dördilliyin Zirvə yarışına vəsiqə qazanıb. 

CANLI YAYIM