Ranyeri yenidən İtaliya klubunda

12 Oktyabr, 13:11 Sosial mediada paylaşın:
"Sampdoriya"nın yeni baş məşqçisi müəyyənləşib. 
İtaliya mətbuatı xəbər verir ki, A seriyası təmsilçisini Klaudio Ranyeri çalışdıracaq.
Genuya klubunun Ranyeri ilə hərtərəfli razılığa gəldiyi və bu gün onunla müqavilə imzalanacağı bildirilir. 
Qeyd edək ki, 68 yaşlı italiyalı mütəxəssis bu vəzifədə Eusebio Di Françeskonu əvəzləyəcək. O, son klubu "Roma"nı bu ilin martında tərk edib.

CANLI YAYIM