Tayson Fyuri özünü tarixin ən güclü boksçusu sayır

6 May, 17:43 Sosial mediada paylaşın:
WBC versiyası üzrə dünya çempionu Tayson Füri özünü tarixin ən güclü boksçusu adlandırıb.
Böyük britaniyalı döyüşçü mətbuata açıqlama verərək iddiasını əsaslandırıb: “Mən bütün dövrlərin ən güclü boksçusuyam. Tarix mənim kimi boksçu görməyib. Rokki Marsiano, Mayk Tayson, Lennoks Lüis, Kliçko qardaşları və Uaylder mənimlə rəqabət apara bilməz. Bunu iddia edirəmsə, fikrimi əsaslandırmağa da hazıram. Əvvəla, onlardan heç biri rinqdə mənim kimi hərəkət etmir. İkincisi, mənim boksa yanaşma tərzim onlardan tamamilə fərqlənir. Üçüncüsü, onlardan daha əməksevərəm. Dördüncüsü də ki, onların heç biri məni məğlub edə bilməzdi. Bilirsiniz niyə? Mən heç vaxt buna imkan verməzdim”.
Xatırladaq ki, 32 yaşlı Tayson Füri indiyə qədər keçirdiyi 31 görüşün 30-da qalib gəlib. Onlardan 21-i nokautla yekunlaşıb. Heç vaxt məğlub olmayan Fürinin iştirakı ilə yalnız bir döyüş heç-heçə yekunlaşıb.  

CANLI YAYIM